Unibank-dan 0% komissiyalı nağd kredit kampaniyası | Banco.az

Unibank-dan 0% komissiyalı nağd kredit kampaniyası

Onlar hər zaman təhlükəsizliyimizin keşiyindədirlər, müdafiəmizi təmin edirlər. Bu günlər isə onların peşə bayramıdır. Bu vacib peşə sahiblərinin bayramlarını isə Unibank özünəməxsus şəkildə təbrik edir. 16 dekabr Fövqəladə Hallar Nazirliyi, 17 dekabr isə Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günləri münasibəti ilə Unibank-dan 0% komissiyalı nağd kredit kampaniyası başladı. Peşə bayramları ilə əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi əməkdaşları üçün 16-23 dekabr, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları üçün isə 17-24 dekabr tarixləri ərzində Unibank-da nağd kreditlər komissiyasız olacaq. Kampaniya müddətində FHN və MSN sistemində çalışanlar 10.000 AZN-dək nağd krediti 0% komissiya ilə götürə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Artıq siz iş yerinizdən arayış gətirmədən də Unibank filiallarına kredit almaq üçün müraciət edə bilərsiniz. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank  “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.

Ən sərfəli krediti almaq üçün müraciət et