Unibank bu il 1,5 milyon manatipoteka krediti verib | Banco.az

Unibank bu il 1,5 milyon manatipoteka krediti verib

İlin əvvəlindən bu yana  Unibank tərəfindən  ümumi  məbləği   1.5 milyon manat olan ipoteka krediti ayrılıb. 2016-ci ilin sonunda ayrılmiş 2 mln. AZN  adi,  2 mln. AZN sosial limit isə hal-hazırda tam şəkildə bölünüb Bu günlərdə İpoteka Fondu tərəfindən Unibanka ayrılan əlavə 5 milyon manatlıq vəsaitin istifadəsi ilə bağlı da artıq banka 70-ə yaxın müraciət daxil olub.

Qeyd edək ki, Unibank  2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Ümumi ipoteka krediti portfeli isə 39,2  milyon manatı ötüb. 2006-cı ildən bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1100-dən artıq ipoteka kreditləri verilib.  Hazırda bankda  1089 aktiv kredit var.

İpoteka kreditləri Unibankın Bakıda “17 saylı” (“Sahil”) bölgələrdə isə “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.

Unibank ipoteka müştəriləri üçün bu günlərdə yeni bir xidmət də istifadəyə verib. Müştərilər ipoteka ödənişlərini banka gəlmədən birbaşa öz smartfonlarından- Unibank Mobile-dan  ödəyə bilərlər. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Unibank-hər kəsin bankı! 

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür. 

Ən sərfəli krediti almaq üçün müraciət et