Unibank 10.000 manatlıq uduş fondlu lotereya keçirir | Banco.az

Unibank 10.000 manatlıq uduş fondlu lotereya keçirir

Kommunal  ödənişlərinizi ödəyərək, pul köçürmələri və digər bank əməliyyatları edərək,  1000 manatadək pul qazanmaq istəyirsiniz? Unibank-ın keçirdiyi “Bahar lotereyası”  sizə bu imkanı yaradır.  Uduş fondu  10.000 AZN olan loteryada 184nəfər  müxtəlif pul uduşları qazanacaq.  Hər 10 AZN-lik əməliyyat bir şansdır.

Hansı əməliyyatlar lotereyada iştirak şansı qazandırır?

  • Unibankın debet,kredit və maaş kartları ilə edilən bir çox nağdsız əməliyyatlar.

Mobil əlavə ilə iştirak şansı qazandıran nağdsız əməliyyatlar:

  • Kommunal, Mobil, Stasionar, İnternet / Tv xidmət ödənişləri
  • Hesabdan hesaba, kartdan hesaba, hesabdan karta , kartdan karta fərqli valyutada köçürmələr

Lotoreyada müştərilər aşağıdakı qaydada pul mükafatı əldə edəcəklər.

  • 1  nəfər 1000 AZN
  • 3  nəfər 500 AZN
  • 30  nəfər 100 AZN
  • 50 nəfər 50 AZN
  • 100 qalib 20 AZN

Lotereya martın 4-dən aprelin 10-dək davam edəcək və qaliblər bu müddətdə  bank əməliyyatı aparan müştərilər arasından seçiləcək. 19 aprel tarixində oynanılan tirajda kompüter seçmə üsulu ilə 184 qalib seçiləcək.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)) və yaxud facebook (www.facebook.com/unibank.azvə twitter (https://twitter.com/unibank) səhifələrindənəldə etmək olar.

Unibank-hər kəsin bankı! 

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

 

Ən sərfəli krediti almaq üçün müraciət et