TuranBank nizamnamə kapitalını 10% artırır | Banco.az

TuranBank nizamnamə kapitalını 10% artırır

TuranBank nizamnamə kapitalını artırmaq məqsədilə 4 milyon 154 manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınması prosesinə başlamışdır. Səhmlərin buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra onların Bakı Fond Birjasında yerləşdirilməsi aparılacaq.

Hazırda Bankın məcmu kapitalı 45,9 milyon manat təşkil edir. Yeni emissiya prosesinin yekununda Bankın məcmu  kapitalı 50 milyon manat təşkil edəcəkdir.

Nizamnamə kapitalının artırılması Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətdə olan bankların məcmu kapitalının 01 yanvar 2014-cü il tarixədək 50 milyon manata çatdırılması haqda 25 iyul 2012-ci il tarixli qərarının icrasına yönəlimişdir. Səhm emissiyasından sonra TuranBankın məcmu kapitalı Mərkəzi Bankın son tələbinə uyğunlaşdırılıcaqdır.

Qeyd edək ki, bankın nizamnamə kapitalının mərhələli şəkildə artırılması TuranBank ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının 07 sentyabr 2012-ci il tarixli, 06 saylı qərarına uyğun olaraq aparılır.  

Hazırda bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir. 

TuranBank, müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq, müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda Bank, öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

TuranBankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından,  https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar. 

Ən sərfəli krediti almaq üçün müraciət et