TBC Kredit 2014-ci ilin ilk yarısını yekunlaşdırmışdır | Banco.az

TBC Kredit 2014-ci ilin ilk yarısını yekunlaşdırmışdır

30 iyun 2014-cü il tarixinə kredit portfeli 5309 aktiv kreditlə 42,6mln. dollara çatmışdır. Portfeldə 47%-lə biznes kreditləri üstünlük təşkil edir, ipoteka və istehlak kreditlərinin payı müvafiq olaraq 16% və 37%-dir. Mikrobiznes kreditləri biznes portfelinin demək olar ki, 54%-i təşkil edir

TBC Kredit ilin ilk yarısında 2 ilə 3 milyon manat civarında istiqrazlar buraxıb, beynəlxalq tərəfdaşı Triple Jump-dan 30 ay müddətinə 2,5 milyon dollar məbləğində tranş almışdı.

Triple Jump-dan əlavə olaraq, şirkət, MicroVest, responsAbility Social Investments AG, Triple Jump, OPIC (Overseas Private Investment Corporation, ABŞ), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə fəal əməkdaşlıq edir.

Bu ilin birinci rübündə, Sumqayıt şəhərinin mərkəzində, TBC Kredit şirkətin kredit məhsullarının tam çeşidini təqdim edən yeni filialın açdı və bu müddət ərzində yaxşı nəticələr göstərdi.

Ən sərfəli kredit üçün müraciət et

Daha çox üstünlük təşkil edən kiçik və orta biznesin inkişafı, biznes layihələrinin maliyyələşdirilməsi və eləcə də Azərbaycanda filial şəbəkəsinin genişləndirilməsidir.

Bank olmayan Kredit Təşkilatı TBC Kredit Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkət Gürcüstanın aparıcı bankı TBC Banka məxsusdur və 25%-i - Enclude, USA (keçmişdə ShoreBank International,USA)
 

Ən sərfəli krediti almaq üçün müraciət et