SmileCard sahiblərinə endirimlər təqdim olunur | Banco.az

SmileCard sahiblərinə endirimlər təqdim olunur

Expressbank-ın SmileCard taksit kartı ilə tərəfdaş axtarmağa ehtiyac yoxdur. Bu kart dünyanın istənilən yerində keçərlidir. Həmçinin SmileCard sahibləri bir sıra ticarət / xidmət mərkəzlərində əlavə imkanlar və endirimlər əldə edə bilərlər. Mərkəzlər barədə məlumat mütəmadi olaraq Facebook səhifəsinə yerləşdirilir – www.facebook.com/SmilecardTaksit?fref=ts .

“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən kredit kartı, müştərilərə pulsuz verilir və 5 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği isə 3000 AZN təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Məhsulun şərtlərinə görə müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, ilik faiz dərəcəsi isə 0%-dir.

Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç