Sığortanın olmaması kredit xərclərini azaldır | Banco.az

Sığortanın olmaması kredit xərclərini azaldır

Bu gün Azərbaycanda kredit faizlərinin yüksək olması müzakirə mövzusudur. Üstəgəl digər komisyonlar və sığorta xərcləri. Bununla da, kredit gözlədiyinizdən daha baha başa gəlir. 
Adətən, banklar kredit verərkən aktivlər üzrə risklərin azaldılması məqsədilə kredit şərtlərinə uyğun olaraq borcalanın sığortalanmasını həyata keçirirlər. 
Lakin əksər banklar müştərini əlavə xərclər ilə yükləməmək üçün kredit verilərkən mütləq şəkildə sığorta olunmağı tələb etmirlər. Kreditlər üzrə sığortanın aradan qaldırılması borcalanın xərclərini xeyli azaldır.
Bu sırada Bank VTB Azərbaycanı da qeyd etmək olar. 
Bank VTB Azərbaycan 11 000 manatadək olan nağd kreditlərin verilməsində müştərilərin sığortalanmasını ləğv etmiş və kredit şərtlərini yaxşılaşdırmışdır. Bu barədə bankdan portalımıza məlumat verilib. 
Xatırladaq ki,  Bank VTB (Azərbaycan) tərəfdaş şirkətlərin əməkdaşlarına - fiziki şəxslərə sərfəli şərtlərlə və girovsuz 11 000 manatadək nağd kredit təklif edir.
Müştəri-şirkətin istənilən əməkdaşı iş yerindən arayışa və şəxsiyyəti təsdiq edən sənədlərə əsasən illik faiz dərəcəsi 20%-dən başlayaraq nağd kreditlər əldə edə bilər. Kreditin minimal məbləği 300 manat, kreditin müddəti isə 6 aydan 36 ayadəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et