Rabitəbank "Vahid ATM şəbəkəsi" layihəsini davam etdirir! | Banco.az

Rabitəbank "Vahid ATM şəbəkəsi" layihəsini davam etdirir!

Rabitəbank Vahid ATM şəbəkəsi layihəsinin davamı olaraq əmək haqqı kartlarına sahib olan müştərilər üçün sərfəli xidmət təklif edir. Artıq Rabitəbank-ın əmək haqqı kartı sahibləri Bank Respublikanın ATM şəbəkəsindən və POS terminallarından rahatlıqla istifadə edə biləcəklər.Həmin ATM-lərdən vəsaiti nağdlaşdıran zamanəmək haqqı kartlarındantutulacaq komissiya xərci 0% olacaq. Vahid ATM şəbəkəsi layihəsi çərçivəsində digər kartlar üçün bu məbləğ 1% nəzərdə tutulub.

Rabitəbank bu layihəyə ilk olaraq ölkənin dörd bankı ilə ATM şəbəkəsini birləşdirməklə başlayıb. Belə ki, müştəri məmnuniyyətini daim üstün tutan bank, kart istifadəçiləri üçün çox sərfəli və rahat  şərtlərlə vəsaitlərini Rabitəbank daxil olmaqla 5 bankın ATM  şəbəkəsi vasitəsilə güzəştlə nağdlaşdırmaq imkanı yaradıb. İndi Rabitəbank-ın genişlənmiş ATM şəbəkəsinə özünə məxsus 59 ATM-dən əlavə güzəştli tariflərləBank Respublika(əmək haqqı kartları üçün 0%, digər kartlar üçün 1%), Caspian Development Bank (1%), Muğan Bank (1%) və Turan Bank-ın (1%) ATM-ləri də daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Rabitəbank, 1993-cü ildə fəaliyyətə başlamış və tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirərək universal banka çevrilmişdir.                                     

Daha ətraflı məlumat üçün 133 Məlumat Mərkəzinə zəng vura bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et