Rabitəbank-da Western Union ilə pul köçürməsi edin və 100 $ qazanın! | Banco.az

Rabitəbank-da Western Union ilə pul köçürməsi edin və 100 $ qazanın!

Rabitəbank ASC müştərilərini “Western Union ilə daha Varlı” kampaniyasından faydalanmağa çağırır.

Belə ki, 01 sentyabr – 31 dekabr 2015-ci il tarixlərini əhatə edən kampaniya çərçivəsində Rabitəbank ASC-nin xidmət şəbəkəsinə daxil olan 2 şöbə və 22 filial ofisində Western Union ilə dünyanın istənilən ölkəsinə nağd pul vəsaitini köçürən, habelə qəbul edən bütün müştərilər 100 $ qazanmaq şansı əldə edəcəklər.

Kampaniya şərtlərinə əsasən əməliyyatların məbləğində və sayında heç bir məhdudiyyət qoyulmur. İstənilən məbləğdə köçürmə edən və pul vəsaiti alan müştərilər facebook sosial şəbəkəsində aktiv olan“MoneyTransferAzerbaijan” səhifəsində “Tətbiqetmədən istifadə et” düyməsini basmaqla qeydiyyatdan keçməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniya çərçivəsində ümumilikdə hər biri dəyəri 100 USD olan 120 mükafat oynanılacaq. Qaliblər püşkatma əsasında 5 oktyabr, 5 noyabr, 5 dekabr 2015-ci il və 5 yanvar 2016-ci il tarixlərində seçiləcəkdir.

Kampaniya haqqında ətraflı məlumatla bu linkə daxil olmaqla tanış ola bilərsiniz.

Rabitəbank ASC tərəfindən keçirilən digər kampaniya və xidmətlərə dair ətraflı məlumatı bankın 133 Məlumat Mərkəzinə zəng etməklə və ya rəsmi internet ünvanına http://www.rabitabank.com/ daxil olmaqla əldə edə bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et