Rabitəbank ASC-nin məcmu kapitalı 100 milyonu keçdi! | Banco.az

Rabitəbank ASC-nin məcmu kapitalı 100 milyonu keçdi!

Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan Rabitəbank ASC-nin səhmdarları bankın səhmdar kapitalını 40 milyon artıraraq bankın məcmu kapitalını 105 milyon manata çatdırıblar. Kapital artımı bankın mövcud səhmdarları tərəfindən həyata keçirilib. Artım nəticəsində bankın səhmdar kapitalı 48.5 milyon manatdan 88,5 milyon manata çatdırılmışdır. 

31 may, 2017-ci il tarixindəRabitəbank ASC-ninaktivləri ilin əvvəlilə müqayisədə artaraq 638 milyon manata, depozit portfeli isə467,3 milyonmanata çatmışdır. Cari ilin 31 may tarixinə bankın faiz gəlirləri 9,9milyon manat, qeyri-faiz gəlirləri isə7,2 milyon manat təşkil etmişdir. 

Hazırda Rabitəbank-da 146 min-dən çox hüquqi şəxs və fiziki şəxslərdən ibarət müştəri xidmət olunur, həmçinin bankda 600 nəfərə yaxıntəcrübəli və ixtisaslı peşəkar çalışır.

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildə yaradılan Rabitəbank ASC qısa zaman ərzində fəaliyyət istiqamətini genişləndirərək ölkənin iri bankları arasında öz mövqeyini qoruyub saxlamağa nail olub. Bu gün Bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsiləSumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin15 regionunda müştərilərinə xidmət göstərir.Uzun müddətli təcrübəvəgeniş müştəri bazası ilə bank gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et