PwC CDB Bankda audit keçirib | Banco.az

PwC CDB Bankda audit keçirib

"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti (Pwc) tərəfindən Beynəlxalq Audit Standartları əsasında "Caspian Development Bank (CDB)" ASC-nin 2015-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib.

Audit zamanı Bankda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Bankın maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

Təhlilə əsasən bildirmək olar ki, 2015-ci il ərzində bankın aktivləri 129 060,73 min manat, kredit portfelinin həcmi isə 109 060,73 min manat təşkil edib. Depozit portfeli 2015-ci ilin yekunlarının nəticələrinə əsasən, 37 749,97 min manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə ötən ili "CDB Bank" 8 426,26 min manat mənfəətlə başa vurub.

Qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, audit rəyində təqdim olunmuş informasiyalardan sərbəst istifadəni təmin etmək məqsədilə 2015-i il üzrə audit rəyi (eləcə də bankın illik hesabatı) CDB Bankın rəsmi internet səhifəsində yerləşdirilib. Hesabatlarla  daha ətraflı tanış olmaq üçün bu linkə daxil ola və ya 1545Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

Caspian Development Bank – Etimada Sədaqətlə.

Ən sərfəli krediti almaq üçün müraciət et