PAŞA Bankın yeni nəsil bankomatları müştərilərin istifadəsinə verilmişdir | Banco.az

PAŞA Bankın yeni nəsil bankomatları müştərilərin istifadəsinə verilmişdir

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank yeni nəsil ATM qurğularını müştərilərin istifadəsinə vermişdir. Özündə həm bankomat, həm də avtomatik valyuta mübadilə funksiyalarını birləşdirən qurğular vasitəsilə vətəndaşlarımız və Azərbaycanı ziyarət edən xarici ölkələrin vətəndaşları günün istənilən vaxtı bank kartlarından istifadə edərək vəsaiti nağdlaşdıra biləcək, eləcə də valyuta dəyişmə məntəqələrinə getmədən xarici valyutalarını manata dəyişərək istifadə edə biləcəklər.

Yeni nəsil ATM-lərin digər bir özəlliyi ondan ibarətdir ki, nağdlaşdırma əməliyyatı etmək istəyən digər bank kartı sahiblərinə bankomatın qəbul etdiyi əskinazlar rahat təqdim edilə bilir. Bu tip qurğularda adi bankomatlardan fərqli olaraq vəsaiti qəbul edən və nağdlaşdıranəskinaz bölmələri əlaqəlidir və PAŞA Bankın təqdim etdiyi üstünlük nəticəsində sahibkar gün ərzində yığdığı vəsaiti inkassasiya xərclərini minimuma endirərək ATM-ə daxil edə bilir və eyni əskinazlar rahatlıqla digər kart sahibləri tərəfindən nağdlaşdırıla bilir.

PAŞA Bankın Baş Kommersiya inzibatçısı Melih Mengünün qeyd etdiyi kimi, ölkəmizdə yerli biznesin dirçəldiyi və respublikamıza gələn turistlərin sayının durmadan artdığı bir vaxtda bu cür “nou-xau”-lardan istifadənin genişləndirilməsi iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına növbəti bir töhfədir. “Qarşısında rəqəmsalbankçılığın inkişafını və real sektorun tələblərinin müvafiq qaydada təmin edilməsini davamlı hədəfləyən PAŞA Bank öz müştərilərinin ehtiyaclarını ödəmək üçün beynəlxalq təcrübə və ekspertiza əsasında hazırlanan yeni xidmətlər və texniki həllər bazara təqdim etməyə davam edəcək”, - M. Mengüyekünlaşdırdı.

Qeyd edək ki, yeni nəsil ATM qurğuları artıq JW MarriotAbsheron, BakuBoulevard Hotel, Bilgah Beach Hotel və FourSeasons mehmanxanalarında istifadəyə verilib.

PAŞA Bank

Əmir Məmmədov

Ən sərfəli kredit üçün müraciət et

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: [email protected]

Bank haqqında:

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri.Baş ofis və6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 450-dənçox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan"adınalayiq görülmüşdür. 2014-2015 illərdə “EMEA Finance” PAŞA Bankı “Azərbaycanın Ən Yaxşı Bankı” adlandırılmışdırlar. 2016-ci ildə Bank “WorldFinance” jurnalı tərəfindən “Ən Yaxşı Bank Qrupu” və “Ən yaxşı Kommersiya Bankı”, GlobalFinance jurnalı tərəfindən isə“Ən yaxşı bank”mükafatlarıilətəltifolunub.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.       

www.pashabank.az  

Ən sərfəli krediti almaq üçün müraciət et