PAŞA Bankın dəstəyi ilə beynəlxalq “Baku HR Experience 3” konfransı baş tutub | Banco.az

PAŞA Bankın dəstəyi ilə beynəlxalq “Baku HR Experience 3” konfransı baş tutub

16-17 noyabr tarixlərində Azərbaycanda regional və qlobal HR sənayesi sahəsindəki ən son tendensiyalara həsr olunmuş sayca 3-cü beynəlxalq Baku HR Experience konfransı baş tutub.

Tədbirin baş sponsoru qismində növbəti dəfə “Ən yaxşı İşə götürən” kimi Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank çıxış edib.

2 günlük konfransın işində Unilever, The One Dubai, Diageo və s. bu kimi dünyaca məşhur şirkətlərdə iş təcrübəsinə malik kadr siyasəti məsələləri üzrə ekspertlər iştirak etmişdir. Bu il dəvət olunmuş mütəxəssislər yerli ekspertlərlə birgə əmək resursları sahəsindəki son tendensiyaları və problemləri müzakirə etmiş, HR-siyasətinin şirkətin fəaliyyətinə təsiri, təşkilat daxilində gənc istedadların inkişafı proqramlarının faydası kimi mövzulara böyük diqqət yetirmiş, təşkilatın fəaliyyətində korporativ mədəniyyətin rolu və əhəmiyyəti barədə fikirlərini bölüşmüşlər.

Baku HR Experience 3-ün fərqli xüsusiyyəti Philips-in sabiq vitse-prezidenti Teddi Frenkin keçirdiyi “Kollektivin işinin effektivliyinin və onun rifahının artmasına imkan verən mühitin yaradılması” adlı interaktiv seminar olmuşdur. Seminar çərçivəsində ekspertlər heyətin həvəsləndirilməsi məsələlərində tətbiq edilən praktiki həlləri, gənc mütəxəssislərin effektiv tədris və tərbiyə metodlarını və s. müzakirə etmişlər.

PAŞA Bankın İnsan Resursları departamentin direktoru Çimnaz Qasımovanın sözlərinə görə, Bank Azərbaycanda bu cür beynəlxalq tədbirlərin keçirilməsini alqışlayır və artıq üçüncü ildir ki, Baku HR Experience konfransına dəstək göstərir. Ç.Qasımova yekunlaşdıraraq bunları bildirmişdir: “Biz, belə tədbirlərin xarici və yerli ekspertlər arasında insan resurslarının idarə edilməsi sahəsində əlaqənin və məhsuldar təcrübə mübadiləsinin qurulmasına kömək edəcəyinə və bu sahədə müasir problemlərin və inkişaf meyllərinin müzakirəsi üçün meydana çevriləcəyinə əminik”.

Ən sərfəli kredit üçün müraciət et

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.       

www.pashabank.az  

Ən sərfəli krediti almaq üçün müraciət et