PAŞA Bank və British Council jurnalistlər üçün növbəti təlim proqramı elan ediblər | Banco.az

PAŞA Bank və British Council jurnalistlər üçün növbəti təlim proqramı elan ediblər

Ölkənin ən böyük banklarından biri olan PAŞA Bank və British Council, Böyük Britaniyanın Thomson Foundation təşkilatının dəstəyi ilə məmnuniyyətlə jurnalistlərin peşəkar inkişafı üçün nəzərdə tutulmuş növbəti xüsusi təlim proqramını elan ediblər.

Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (TV, çap və e-mətbuat) peşəkar bilik və səriştənin artırılmasında kömək etməkdir.

2014-cü ilin noyabr ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak etmək üçün 10 iştirakçı seçiləcəkdir. Təlimlər zamanı ən fəal və tam davamiyyəti olan iştirakçılar Böyük Britaniyada Thomson Foundation təşkilatı tərəfindən təşkil edilmiş təlim proqramında iştirak edəcəklər. Layihə çərçivəsində iştirakçılara biznes-jurnalistika təlimi ilə yanaşı ayrılıqda ingilis dili kursları da keçiriləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Müraciət üçün son tarix 27 sentyabr 2014-cü ildir.  

Əlavə məlumatı http://www.pashabank.az/press_centre,487/lang,az/ linkindən əldə etmək olar.

 

Ən sərfəli krediti almaq üçün müraciət et