PAŞA Bank sahibklar üçün təlim həyata keçirir | Banco.az

PAŞA Bank sahibklar üçün təlim həyata keçirir

Mikromaliyyələşdirmə sektoruna texniki dəstək proqramının çərçivəsində ölkənin ən böyük banklarından biri olan PAŞA Bank sahibkarlar arasında “Kənd təsərrüfatında mikromaliyyələşdirmənin inkişafı” adlı təlim keçirir. Tədbirin təşkilat dəstəyini Azərbaycanın Mikromaliyyələşdirmə Assosiasiyası göstərir.

Təlim çərçivəsində mütəxəssislər və tədbir iştirakçıları sektorun ölkənin iqtisadiyyatında rolu, kiçik və orta sahibkarlıq subyektlərinin verilmiş sahədə dəstəklənməsi tədbirləri, aktual risklərin təhlilinin aparılması kimi mövzular müzakirə olunacaq. Tədbir iştirakçıları yerli və beynəlxalq aqrobiznes təcrübəsi, biznes-planların hazırlanması metodikası, bankların və sığorta şirkətlərinin təklif etdiyi maliyyə məhsulları və s. ilə tanış olacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et