PAŞA Bank maliyyə öhdəliyini tamamilə yerinə yetirib | Banco.az

PAŞA Bank maliyyə öhdəliyini tamamilə yerinə yetirib

22 avqust 2015-ci il tarixində Embawood MMC şirkəti Bakı Fond Birjasında 10 mln. AZN istiqraz buraxılışından yaranmış maliyyə öhdəliyini tamamilə yerinə yetirmişdir. İstiqrazlar Azərbaycanın ən iri banklarından biri - PAŞA Bank tərəfindən 2014-ci ilin avqust ayında 1 illik müddətinə dövriyyəyə buraxılmışdır.

Qeyd edək ki, PAŞA Bank bu günədək 15 (213 milyon AZN) korporativ istiqraz yerləşdirməsində şirkətlərə uğurlu marketmeykinq və anderraytinq xidmətləri göstərmişdir. Reallaşdırılan sövdələşmələrin nəticəsində PAŞA Bank öz kateqoriyalarında dünyanın ən nüfuzlu maliyyə jurnallarından biri olan - “EMEA Finance” tərəfindən bir neçə dəfə “İlin ən yaxşı investisiya bankı” elan olunmuşdur.

Öz növbəsində “Embawood” şirkəti davamlı şəkildə dəqiq və vaxtında bütün maliyyə öhdəliklərini yerinə yetirməkdə iddialıdır və gələcəkdə Azərbaycanın maliyyə bazarlarında təkrar istiqrazların uğurlu yerləşdirilməsinə ümid edir.

PAŞA Bank

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Ən sərfəli kredit üçün müraciət et

Elektron poçt ünvanı: [email protected]

Bank haqqında:

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.       

www.pashabank.az   

Ən sərfəli krediti almaq üçün müraciət et