"PAŞA Bank Georgia" “İlin Bankı” adına layiq görüldü | Banco.az

"PAŞA Bank Georgia" “İlin Bankı” adına layiq görüldü

Bakı, 21 noyabr, 2014 il. PAŞA Bankın Gürcüstanda fəaliyyət göstərən törəmə bankı olan "PAŞA Bank Georgia" “İlin Bankı” mükafatına layiq görüldü. Mükafatı Gürcüstan Respublikasının prezidenti Georgi Marqvelaşvili “Caspian Energy Forum 2014” çərçivəsində "PAŞA Bank Georgia"-nın direktorlar şurasının sədri Şahin Məmmədova təqdim etdi.

Şahin Məmmədov dedi: «Caspian Energy Forum 2014” Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinin müzakirə olunması üçün bir platformaya çevrilmişdir və yeni investisiyaların cəlb edilməsinə, eləcə də, Xəzər-Qara Dəniz regionu ölkələrinin maliyyə sektorlarının inteqrasiyasına zəmin yaradır. PAŞA Bank Georgia Gürcüstan kimi inkişaf etmiş maliyyə bazarında müvəffəqiyyətli fəaliyyət göstərdiyi ilə qürur duyur.  İnanırıq ki, bizim müvəffəqiyyətimiz Gürcüstan maliyyə bazarının daha da geniş inkişafına və Azərbaycanla Gürcüstan arasındakı iqtisadi əlaqələrin daha da güclənməsinə öz tövhəsini verəcək».

Ən sərfəli kredit üçün müraciət et

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et