PAŞA Bank “Euromoney”beynəlxalq forumunda iştirak edib | Banco.az

PAŞA Bank “Euromoney”beynəlxalq forumunda iştirak edib

Azərbaycanın aparıcı korporativ bankı  – PAŞA Bank – Vyana şəhərində Mərkəzi və Şərqi Avropanın beynəlxalq investisiya-bank forumunda iştirak edib. Tədbirin təşkilatçısı işgüzar “Euromoney” nəşri olub.

Bu il Forumun işində 1,000 nəfərdən artıq bankir, investor, maliyyə sahəsində dövlət tənzimləmə qurumlarının rəhbərləri və ekspertləri iştirak edib. Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə institutlarının nümayəndələri, “Raiffeisen Bank”, “UniCredit”, “J.P. Morgan”, “Citi”nin top-menecerləri ilə yanaşı, tədbirin spikeri qismində PAŞA Bankın İdarə Heyətinin Sədri  Taleh Kazımov da iştirak edib.

Müxtəlif mövzulu diskussiya panelləri zamanı Forumun iştirakçıları iqtisadiyyatın həm regional, həm də dünya miqyasında inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmış, ölkələr qarşısında duran müasir trendlər və çağırışlar mövzusunda fikirlər söyləmişlər. Ekspertlər inkişaf edən bazarlarda fəaliyyət göstərən şirkətlərdə fəaliyyətin şəffaflığı və korporativ idarəetmənin inkişaf səviyyəsi mövzusunda müzakirələr aparmış, özəl sektora xarici investisiyaların cəlb olunması metodikasını və digər aktual mövzuları müzakirə etmişlər.

“Mərkəzi və Şərqi Avropanın bank sektoru” diskussiya paneli çərçivəsindəki çıxışı zamanı PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun qeyd etdiyi kimi, neftin qiymətinin aşağı düşməsi, milli valyutaların devalvasiyası, qlobal iqtisadiyyatın inkişaf sürətinin azalması ilə bağlı dünyada baş verən son hadisələr ilk növbədə bank sektorunda əks olunur.

PAŞA Bankın rəhbəri çıxışını belə yekunlaşdırıb: “Hal-hazırda Azərbaycanda iqtisadiyyatın əsas sektorlarının inkişafı üzrə 12 strateji yol xəritəsi təsdiqlənib. Bu xəritələr digər sahələrdən əlavə, həm də maliyyə sektorunun, turizm sənayesinin, İKT-nin, kənd təsərrüfatının, nəqliyyat və logistikanın inkişafına toxunur. Əminəm ki,  bank sektoru qarşıya qoyulan planların həyata keçirilməsinə öz böyük töhfəsini verəcək, bu da ölkəyə iqtisadiyyatının beynəlxalq arenada rəqabət qabiliyyətinin gücləndirilməsində, investisiya cəlbediciliyinin artırılmasında və davamlı inkişaf yoluna əminliklə qədəm qoymasında köməklik göstərəcək”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Mərkəzi və Şərqi Avropanın Beynəlxalq forumu “Euromoney” jurnalı tərəfindən ardıcıl olaraq 22-ci ildir ki keçirilir və Avropanın ən iri işgüzar tədbirlərindən biridir. İki günlük forum öz işini bu gün – yanvarın 18-də başa vurur.

PAŞA Bank

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: [email protected]

Bank haqqında:

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri.Baş ofis və6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 450çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan"adınalayiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir.

www.pashabank.az  

Ən sərfəli krediti almaq üçün müraciət et