PAŞA Bank “Azərbaycan investisiya forumu”-na sponsorluq edir | Banco.az

PAŞA Bank “Azərbaycan investisiya forumu”-na sponsorluq edir

Bu gün, 17 mart tarixində Bakıda ölkənin ən iri banklarından biri – PAŞA Bankın sponsorluq etdiyi “Azərbaycan İnvestisiya forumu” öz işinə başlayıb. Tədbir The Economist beynəlxalq jurnalının təşkilatçılığı ilə keçirilir.     

«Neft hüdudlarından kənar – real sektorun inkişafı» şüarı altında keçirilən foruma 150-dən artıq dövlət xadimi, beynəlxalq investor və iş adamları dəvət olunub. Müzakirələrdə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi fondu (AZPROMO), PAŞA Bank, Ernst & Young, Holcim, BP və sair bu kimi strukturların nümayəndələri iştirak edəcəklər.

Müzakirə panelləri çərçivəsində tədbir spikerləri Azərbaycan iqtisadiyyatının diversifikasiyası imkanları barədə, habelə, keçid dövrünün iqtisadiyyatı şəraitində müasir inkişaf meylləri və çağırışlar barədə fikirləri ilə bölüşəcək. Forum iştirakçıları, həmçinin, qeyri-neft sektorunun inkişaf perspektivlərini, ölkə iqtisadiyyatına neqativ xarici təsirin qarşısının alınması imkanlarını və hal hazırda digər aktual mövzuları müzakirə edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş İnvestisiya Inzibatçısı Taleh Kazımovun sözlərinə görə, Azərbaycan bu gün investisiyaların cəlb olunması baxımından regionun ən cəlbedici ölkələrindən biridir. T.Kazımov fikrini yekunlaşdıraraq bildirmişdir ki: “Ölkə qarşısında duran vacib məsələlərdən biri iqtisadiyyatın diversifikasiyasıdır ki, bu da hal hazırda uğurla həyata keçirilir. Bununla əlaqədar olaraq, bu cür tədbirlərin keçirilməsi əlverişli investisiya iqliminin daha da möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşlarla işgüzar münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkandır. Öz növbəsində, PAŞA Bank, real sektor üçün güclü və sabit tərəfdaş mövqeyindən çıxış edərək, qeyri-neft sektorunda biznesin inkişafını dəstəkləməklə, ölkə iqtisadiyyatının diversifikasiyasına öz töhfəsini verməyə hazırdır”. 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç