"Parabank"dan yeni əmanət! | Banco.az

"Parabank"dan yeni əmanət!

Parabank "Xeyriyyəçi" adlı yeni əmanət növünü təqdim edir. Əmanətin fərqli cəhəti əmanətin yerləşdirildiyi müddət ərzində əmanət üzrə hesablanmış faiz məbləğinin Bank tərəfindən və əmanətçinin adından xeyriyyə aksiyalarının keçirilməsi (kimsəsiz və qüsuru olan uşaq evlərinə yardım və şənliklərin keçirilməsi; vətəndaşların Həcc Ziyarətinə göndərilməsi; ağır xəstələrin tibbi müalicəsi və sair); məqsədlərinə xərclənməsi üçün köçürülməsidir.

Əmanətin üstünlükləri, mahiyyəti və məqsədi
Vəsaitin AZN, ABŞ Dolları və Avro valyutasında yerləşdirmək imkanından ibarətdir.

Bankda bu növ əmanət/depozit yerləşdirən müştərilər məbləğdən asılı olaraq visa kartları və onlara əlavə olunmuş üstünlüklərdən paket şəklində heç bir ödəniş olmadan əldə edəcək.

Əmanətçilər Əmanətin 20 % - ə (faizə) qədər həcmində kredit əldə edə bilərlər. Kreditin bir hissəsi müvafiq kredit kart limiti çərçivəsində verilir və qalan hissəsi isə nağd olaraq müştəriyə təqdim olunur. Hər iki halda tarif dərəcəsi 0 bəndlə hesablanır.

Ən sərfəli kredit üçün müraciət et

Əmanətin yerləşdirildiyi müddət ərzində əmanət üzrə hesablanmış faiz məbləğinin Bank tərəfindən və əmanətçinin adından xeyriyyə aksiyalarının keçirilməsi (kimsəsiz və qüsuru olan uşaq evlərinə yardım və şənliklərin keçirilməsi; vətəndaşların Həcc Ziyarətinə göndərilməsi; ağır xəstələrin tibbi müalicəsi və sair); məqsədlərinə xərclənməsi üçün köçürüləcəkdir

 

Əmanətin şərtləri
Əmanət 12 aydan - 36 ayadək müddətə qəbul olunur.

Əmanətin minimal məbləği: 500 (beş yüz) AZN\ ABŞ Dolları \AVRO

Əmanətin maksimal məbləği 500.000 (beş yüz min) AZN\ ABŞ Dolları \AVRO

Müqavilənin müddətinə əməl etmədən, əmanəti, vaxtından əvvəl tam və ya qismən götürdükdə yerləşdirilmiş məbləğ tam şəkildə geri götürülür.

Məlumat üçün bankın rəsmi facebook səhifəsi https://www.facebook.com/Parabank  və ya 139 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et