NIKOIL | Bank tender elan edir! | Banco.az

NIKOIL | Bank tender elan edir!

NIKOIL | Bank 7 fevral 2017-ci ildən etibarən  cari ilin qalan dövrünə bütün server avadanlığının təchizatı üzrə açıq tender elan edir.

Tenderin predmeti - Hewlett Packard Enterprise şirkətinin istehsalı olan avadanlıqlarının təchizatı üzrə ən yaxşı təklifdir. Təchizat müqavilə imzalandıqdan sonra 55 təqvim günündən artıq olmayan müddətdə Bankın Baş ofisinin yerləşdiyi ünvanda (Bakı şəh., Puşkin küç. 30) həyata keçiriləcəkdir; Bank tenderdə iştirak etmək istəyən hər kəsdən öz təkliflərini möhürlənmiş zərfdə "Kommersiya təklifi – AÇMAQ OLMAZ" işarəsi ilə  16 fevral 2017-ci il tarixinə kimi "NİKOYL" İKB-nın İdarə Heyətinin sədrinin adına ünvanlayaraq Bankın Baş Ofisinə təqdim etməyi xahiş edir.

Bütün texniki suallarla əlaqəli [email protected], digər suallarla əlaqəli [email protected] elektron ünvanlarına müraciət etməyinizi xahiş edirik.

Ən sərfəli kredit üçün müraciət et

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiAyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Ən sərfəli krediti almaq üçün müraciət et