NIKOIL | Bank təmassız plastik kartları tətbiq etdi! | Banco.az

NIKOIL | Bank təmassız plastik kartları tətbiq etdi!

NIKOIL | Bank bazarda aktual ödəmə texnologiyalarının inkişafını diqqətlə müşahidə edir və daim operativ bütün məhsul xəttinə yenisini və ən yaxşını tətbiq etməyə çalışır, bununla da öz mövcud və potensial müştərilərinə əlverişli məhsullar təklife tməyə səy göstərir. Əhali üçün bank xidmətlərinin keyfiyyətinin artırılması üzrə öz müvəffəqiyyətli innovasiya strategiyasını davam etdirərək, NIKOIL | Bank dövriyyəyə yeni təmassız plastik kartları buraxdı,  bu Visa ödəniş sisteminin- PayWave və MasterCard ödəniş sisteminin – PayPass texnologiyasıdır.

Bu gün təmassız plastik kartların innovasiya texnologiyas ıödənişləri bir anda həyata keçirməyə icazə verir, ehtiyac olmadığı tədqirdə əməliyyatın həyata keçirilməsi zamanı digər şəxslərin əllərinə plastik kartın ötürülməməsinə şərait yaradır.  Bunun üçün Visa PayWave/ MC PayPass kartını təmassız oxuyan qurğuya (POSterminala) yaxınlaşdırmaq kifayətdir və Sizin ödənişiniz həyata keçiriləcək!

Ən sərfəli kredit üçün müraciət et

Kart dələduzluqdan müdafiəsi ilə yüksək dərəcəsiylə fərqlənir, çünki kartın sahibi onu əməliyyatı həyata keçirdiyi zaman əlindən buraxmır. İstifadədə sadəliyini qeyd etməmək mümkün deyil: terminala kartı yaxınlaşdırmaq və lazım olan məbləğ hesabdan çıxarış olunanadək gözləmək kifayətdir. Təmassız kartlar bütün dünyada əsasən ictimai nəqliyyatda, supermarketlərdə, geyim mağazalarında və restoranlarda tez-tez istifadə edilir. Həmçinin kommunal xidmətlərin bütün növlərini ödəmək mümkündür.

Təmassız kartlar və digər bank məhsulları, aksiyalar və xüsusi təkliflər haqqında daha ətrafl ıməlumatı (012) 981 qısa nömrəsinə zəng vuraraq, və ya Bankının korporativ saytına www.nikoil.az daxil olaraq əldə etmək mümkündür.  Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı Https://www.facebook.com/bank.nikoil

Ən sərfəli krediti almaq üçün müraciət et