Müştərilər “Expresso”-nu seçir | Banco.az

Müştərilər “Expresso”-nu seçir

14 Mart ilaxır çərşənbə günü Mərkəzi bank tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması və əhalinin maliyyə biliklərinin artırılması məqsədi ilə Park Bulvar ticarət mərkəzində tədbir təşkil olunmuşdur. Expressbank-ın əməkdaşları tədbirdə iştirakçı qismində çıxış edərək müştəriləri torpaq çərşənbəsi münasibəti ilə təbrik etmiş, Expresso və digər kart məhsulları haqqında ətraflı məlumat vermişlər.

Xatırladaq ki, Expressbank-ın plastik kartları nağdlaşdırma zamanı tətbiq olunan sərfəli komissiyalar və plastik kartların əldə edilməsi üzrə tariflərinə görə xüsusi ilə seçilirlər. Məhz bu səbəbdən təqdimat müştərilərin böyük marağına səbəb olmuş və müştərilər onlayn qaydada Expressbank kartlarının sifariş etmişlər.

Expressbank-ın təqdim etdiyi plastik kartlar sırasında Expresso xüsusi yer tutur. Belə ki, Expresso kart – debet, güzəşt müddətli kredit, depozit, “cashback”, təmassız kart, sərbəst dizayn seçimi funksiyalarının özündə cəmləşdirən unikal bank kartıdır.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et