“Muğanbank”ın Qazaxda yeni filialı fəaliyyətə başlayıb | Banco.az

“Muğanbank”ın Qazaxda yeni filialı fəaliyyətə başlayıb

“Muğanbank” yeni ildən müştərilərinə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədi ilə filial şəbəkəsini genişləndirir.

Məlumata görə, Bank Qazax şəhərində yeni filialını açıb. Qazax filialı Qazax şəhəri, Heydər Əliyev prospekti 108 ünvanında fəaliyyətə başlamışdır.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 34 filialı və 5 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et