Muğanbankın baş ofisində istiqrazlar üzrə 32-ci tiraj keçiriləcəkdir | Banco.az

Muğanbankın baş ofisində istiqrazlar üzrə 32-ci tiraj keçiriləcəkdir

“Muğanbank” ASC-nin baş ofisində oktyabrın 30-da adsız istiqrazların sayca 32-ci tirajı keçiriləcəkdir.

Məhsula olan yüksək tələbatı və çoxsaylı istiqraz sahiblərinin maraqlarını nəzərə alaraq tirajın gedişi canlı yayımlanır. Canlı yayımı qeyd olunmuş “link”dən izləmək mümkündür.

Adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 AZN, uduşlu istiqrazların sayı isə 2000 ədəd təşkil edir. Maksimum uduş məbləği 50 000 ANZ-dir.

“Muğanbank” ASC-nin istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatından keçmişdir. Bank 50 mln. manat dəyərində 1mln. ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri  50 manatdır.  10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcəkdir.

İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın Ə.Rəcəbli küç.21B ünvanında yerləşən baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ vardır.

Ən sərfəli kredit üçün müraciət et

Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir. İstiqraz sahibləri istiqrazlarını istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər. İstiqraz qaytarılarkən nominal məbləğinin üzərinə yuxarıda göstərilən illik faiz əlavə olunur.

Uduşa düşmüş istiqrazların nömrələri ilə “Xalq qəzeti”nin tirajdan sonrakı növbəti buraxılışında, həmçinin, bankın rəsmi saytında tanış ola bilərsiniz.

“Muğanbank” ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər  bankın məlumat mərkəzinə,  (012) 933 telefon nömrəsinə zəng edə bilərlər. Həmçinin, bankın  Facebook və Twitter səhifələrinə daxil ola bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et