Mərkəzi Bankın yeni nəşri – “Tədqiqatlar bülleteni” hazırlandı | Banco.az

Mərkəzi Bankın yeni nəşri – “Tədqiqatlar bülleteni” hazırlandı

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə və dünya iqtisadiyyatının təhlili, iqtisadi inkişaf sahəsində qlobal beyin mərkəzlərində aparılan akademik və empirik tədqiqatların nəticələrinin öyrənilməsi, mərkəzi bankçılıq və bank sektoru sahəsində aktual məsələlər üzrə tədqiqatların aparılması istiqamətində fəaliyyətini davam etdirir.

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi tərəfindən qlobal bazarlar, dünya iqtisadiyyatında tsiklik və transformasiya prosesləri, qlobal makroiqtisadi siyasətlər, ölkə iqtisadiyyatında aktual məsələlərin fundamental tədqiqi, modelləşdirmə və empirik tədqiqatlar sahəsində məqsədyönlü işlər aparılır.

Bütün bu işlər haqqında informasiyanı ictimaiyyətə çatdırmaq üçün Mərkəzi Bank özünün yeni elektron nəşrinin – rüblük “Tədqiqat bülleteni”nin buraxılışına başlamışdır.

Ən sərfəli kredit üçün müraciət et

Bülletendə qlobal beyin mərkəzlərinin araşdırmalarının və analitik hesabatlarının icmallaşdırılması, Mərkəzi Bankda aparılmış tədqiqat layihələrinin xülasə şəklində ümumiləşdirilməsi əks olunur.

Aparılan işlər barədə ictimaiyyətin məlimatlandırılması bir tərəfdən qlobal və milli iqtisadiyyat haqqında ən mühüm informasiyanın istifadəçilərə ötürülməsində, digər tərəfdən isə profesional auditoriyanın fundamental tədqiqatlarda tətbiq olunan yanaşmalar və tədqiqatların nəticələrinin praktiki əhəmiyyəti ilə tanış etməkdə xüsusi əhəmiyyət kəsb edir.

Rüblük bülletenin ilk nömrəsi Azərbaycan Respublikası Mərkəzi Bankının internet səhifəsində yerləşdirilir (Tədqiqat bülleteni [pdf 0.412 Mb]).

Ən sərfəli krediti almaq üçün müraciət et