“Monex” təcili pul köçürmə sistemi beynəlxalq "MoneyPolo" sisteminə qoşuldu | Banco.az

“Monex” təcili pul köçürmə sistemi beynəlxalq "MoneyPolo" sisteminə qoşuldu

“Monex” təcili pul köçürmə sisteminin "MoneyPolo" beynəlxalq pul köçürmə sisteminə qoşulma prosesi başa çatmışdır. Xatırladaq ki, “Monex” ilə "MoneyPolo" təcili pul köçürmə sistemləri arasında əməkdaşlıq haqqında müqavilə cari ilin mayın 30-da imzalanıb.  
 
İki sistem arasında imzalanmış müqaviləyə əsasən inteqrasiya üçün texniki məsələlər tam həll olunmuş və “Monex” təcili pul köçürmə sistemi vasitəsilə müştərilər Böyük Britaniya, Çexiya Respublikası və Monqolustana pul göndərə b

Ən sərfəli kredit üçün müraciət et

ilərlər.
 
Beləliklə, "MoneyPolo" sisteminə qoşulduqdan sonra “Monex” təcili pul köçürmə sisteminin məntəqələrinin sayı  1000-dən artıq olmuşdur, sistemin fəaliyyət coğrafiyası xeyli genişlənmişdir.
 
Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “Monex” təcili pul köçürmə sistemi vasitəsilə müştərilər həm ölkə daxilində, həm də xaricə pul vəsaitlərini təcili göndərə və qəbul edə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et