“Mən PAŞA Bankın təqaüdçüsüyəm” layihəsinin təqdimetmə mərasimi keçirildi | Banco.az

“Mən PAŞA Bankın təqaüdçüsüyəm” layihəsinin təqdimetmə mərasimi keçirildi

Bakı, 9fevral 2017-cı il.Azərbaycanın ən iri banklarından biri olanPAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə “Mən PAŞA Bankın təqaüdçüsüyəm” adlı layihəsinin təqdimetmə mərasimi keçirilib.

Bundan öncə 2012, 2013 və 2014-cü illərdə keçirilən layihə bu il artıq 4-cü dəfədir ki, keçirilir. Öncəki layihələrdə seçilən 13 tələbə 1 il müddətində ayda 100 manat təqaüdə layiq görülürdü. Bu dəfə isə bu say artırılıb 20 nəfər olub.

Layihə çərçivəsində keçirilən müsabiqənin qalibi olan 20 tələbəyə 1 il müddətinə hər ay 100 AZN məbləğində təqaüd verilir. Layihədə yalnız ali təhsil müəssisələrinin əyani şöbələrində, iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan III və IV kurs bakalavr və I kurs magistr tələbələri iştirak etmə şansı əldə ediblər.

Layihədə iştirak üçün tələbələr birinci mərhələdə əvvəlcədən verilmiş mövzulara uyğun ingilis dilində öz araşdırmalarını təqdim edir, araşdırmaları fərqlənmiş tələbələr ikinci seçim mərhələsində - müsahibə mərhələsində iştirak şansı qazandılar.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov və PAŞA Bankın Korporativ Kommunikasiyalar departamentinin direktoru Sona Abbasova təqaüd proqramının əhəmiyyətindən danışıb və tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə reallaşdırılan layihə olduğunu vurğulayıblar.

Təqaüd proqramının həyata keçirilməsində əsas məqsəd yerli ali təhsil müəssisələrində təhsil alan istedadlı və ictimai fəal tələbələri həvəsləndirmək, eləcə də, dövlət və qeyri-dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək lider rəhbərlərin inkişafını möhkəmləndirməkdən ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

PAŞA Bank

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: [email protected]

Bank haqqında:

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri.Baş ofis və6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 430çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan"adınalayiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir.

www.pashabank.az  

Ən sərfəli krediti almaq üçün müraciət et