Kapital Bankdan “Təcili kredit xətti” | Banco.az

Kapital Bankdan “Təcili kredit xətti”

Daimi inkişaf və yenilikçilik siyasətinə sadiq qalan Kapital Bank müştərilər üçün daha bir kredit imkanı yaratdı. Artıq Bankın pensiya və ya maaş kartına sahib olan hər bir şəxs Banka müraciət edərək təcili kredit xətti açdıra bilər. Bu imkandan faydalanmaq üçün müştərinin sadəcə şəxsiyyətini təsdiq edən sənədi Kapital Bankın filiallarına təqdim etməsi yetərlidir.

Təcili kredit xətti, təcili və qısamüddətli ehtiyacların ödənməsi üçün ideal vasitədir. Kredit xəttindən istifadə etmək də çox rahatdır. Belə ki, müvafiq kredit xətti olduqda, pul ehtiyacını ödəmək üçün Bankda növbəyə durmağa ehtiyac yoxdur. Kredit xəttindən günün istənilən vaxtı istifadə edilə bilər.

Təcili kredit xəttinin limiti minimum 50 manat – maksimum 500 manat təşkil edir. Limitdən tam və ya hissə-hissə istifadə oluna bilər. Yaranmış borc ödəndikcə kredit limiti bərpa olunur. Təcili kredit xətti üzrə istifadə olunmuş məbləğ 40 günə qədər ödənməlidir (bu müddət ərzində karta daxil olan vəsait avtomatik olaraq ilk növbədə təcili kredit xətti üzrə borcun bağlanmasına yönəldilir). Müvafiq kredit xəttindən 24 ay ərzində istifadə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

 

Ən sərfəli krediti almaq üçün müraciət et