Kapital Bankda lotereya kampaniyası başa çatdı | Banco.az

Kapital Bankda lotereya kampaniyası başa çatdı

Kapital Bankın oktyabrın 1-dən start verdiyi lotereya kampaniyasının dekabr ayı üzrə 100 qalibi məlum olub. “Ödəmələr hədiyyəli, hər ay qazan bir 50!” devizi altında keçirilən lotereya bununla da başa çatıb. Şərtlərə uyğun olaraq hər bir qalibin kart hesabına 50 manat köçürülüb.
Belə bir kampaniyanın aparılmasında məqsəd Kapital Bankın təklif etdiyi müxtəlif növ VİSA kartları vasitəsilə nağdsız ödənişləri stimullaşdırmaq idi. Kapital Banka məxsus VİSA kartları ilə Azərbaycan ərazisində nağdsız ödəniş aparan bütün fiziki şəxslər bura qatıla bilərdi. 3 aylıq kampaniya müddətində ümumilikdə 300 qalib Kapital Bankdan 50 manat qazandı.
Azərbaycanda ən böyük şəbəkəyə malik olan Kapital Bank 89 filialı və 11 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et