Kapital Bank-ın Visa kartları ilə “Qazandıran xərclər” | Banco.az

Kapital Bank-ın Visa kartları ilə “Qazandıran xərclər”

Kapital Bank-ın Visa kart sahibləri “Qazandıran xərclər” adlı lotereyada iştirak edə bilərlər. Şərtlərə görə ölkə daxilindəki POS terminallar vasitəsilə minimum 1 AZN ödəniş edən müştərilər, qəbzin üzərindəki 6 rəqəmli avtorizə şifrəsiniwww.kapitalbank.az/visa-campaign saytında olan müvafiq bölmədəqeydiyyatdan keçirərək, lotereyada iştirak edə bilərlər.

30 iyun 2017-ci il tarixinədək davam edəcək lotereyada hər gün 5 nəfər müştərinin hər biri 50 AZN məbləğində vəsait qazanacaq. Lotereyanın sonuncu tirajında isə 1 müştəri 1000 AZN qazana biləcək.

Qeyd edək ki, Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et