Kapital Bank bədii gimnastika üzrə Avropa çempionatının sponsorudur | Banco.az

Kapital Bank bədii gimnastika üzrə Avropa çempionatının sponsorudur

13-15 iyun 2014-cü ildə Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçirilir. Yarışda 33 ölkənin 250-yə yaxın idmançısı mübarizə aparacaq.

Aktyorluq, balet, musiqi və pantomimi özündə birləşdirərək insan duyğularının idman hərəkətləri ilə ifadəsinə imkan yaradan gimnastikanın Azəbaycanda da zəngin ənənələri  formalaşır. Bu ənənələrin qorunması və inkişafına daim böyük önəm verən Kapital Bank bədii gimnastika üzrə 30-cu Avropa çempionatının maliyyə sponsorudur. Xatırladaq ki, Kapital Bankla Avropa Gimnastika İttifaqı arasında 2013-cü ilin 17 aprelindən qüvvədə olan tərəfdaşlıq sazişi var.

30-cu Avropa çempionatı Azərbaycan Milli Gimnastika Arenasının qəbul etdiyi ilk beynəlxalq turnirdir. Postsovet məkanının ən böyük və ən müasir gimnastika arenalarından olan bu məkanda 2015-ci ildə I Avropa Oyunları çərçivəsində gimnastikanın 6 növü üzrə yarışlar baş tutacaq.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 10 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et