Kapital Bank bayram günlərində xidmət göstərəcək | Banco.az

Kapital Bank bayram günlərində xidmət göstərəcək

Kapital Bank Novruz bayramı münasibəti ilə istirahət günləri elan edilən günlərdə müştərilərə xidmət göstərəcək. 20-21 martda Mərkəz, 22-23 martda İçərişəhər, 19-21 martda Astara, 18-26 martda Gənclik Mall və Bakı Limanı şöbəsi, 18-19 martda isə ASAN xidmətdə olan 9 saylı şöbə fəaliyyət göstərəcək. Filiallarda valyuta mübadiləsi və ödənişlərin qəbulu həyata keçiriləcək.

Kapital Bank xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, firavan həyat və yeni nailiyyətlər arzu edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et