Kapital Bank Amerika Banklar Assosiasiyasının illik yığıncağında iştirak edib | Banco.az

Kapital Bank Amerika Banklar Assosiasiyasının illik yığıncağında iştirak edib

Kapital Bank beynəlxalq əməkdaşlıq çərçivəsində 30 aprel–3 may tarixlərində keçirilən Amerika Banklar Assosiasiyasının (AmericanBankersAssociation) illik yığıncağında iştirak edib. Qeyd edək ki, MDB ölkələri arasında Kapital Bank və Rusiyanınyalnız bir bankı bu assosiasiyanın üzvüdür.

Tədbirdə iştirak edən Kapital Bank-ın Komplayensdepartamentin direktoru Kamal Abdullayev qeyd edərək bildirib ki, bu ilki Amerikan Banklar Assosiasiyasının yığıncağı əsasən beynəlxalq müxbir hesablaşma və komplayens məsələlərinə həsr edilib. Eyni zamanda, tədbir çərçivəsində bir sıra Amerika banklarının rəhbərləri ilə görüş keçirilib və mühüm məsələlər müzakirə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Kapital Bank bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et