“FINCA Azerbaijan”dan Yeni Sosial Layihə | Banco.az

“FINCA Azerbaijan”dan Yeni Sosial Layihə

Sosial qayğıya ehtiyacı olan ailələrin və kimsəsiz uşaqların həyat səviyyəsinin yaxşılaşdırmasına hər zaman dəstək olmağa çalışan “FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatı bu istiqamətdə növbəti layihəyə imza atdı. Oktyabr ayından etibarən “FINCA Azerbaijan” “Azərbaycan Sosial İş” İctimai Birliyi ilə əməkdaşlıq edərək Mərdəkan qəsəbəsində fəaliyyət göstərən Ailə, Uşaq və Gənc Təlim və Məsləhət Mərkəzinə maliyyə dəstəyi göstərəcəkdir.

Mərkəz Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Buzovna, Qala, Zirə, Binə, Türkan, Gürgan və Şağan kəndlərində yaşayan və uşaqlarını atmaq təhlükəsi ilə qarşılaşan ailələrlə, eləcə də kimsəsiz uşaqlara psixoloji yardım göstərir. Mərkəz müxtəlif əlilliyi olan uşaqlara da kömək etmək və onların əlilliklərinin aradan qaldırılması və ailələrinə onlara düzgün yanaşması sahəsində işlər aparır. Eyni zamanda Mərkəz valideyn-uşaq münasibətlərində və uşaqların intizamında olan problemləri aradan qaldırmaq üçün az təminatlı ailələrə psixo-sosial dəstək göstərir. Mərkəzdə mövcud olan bütün xidmətlər pulsuzdur.

“FINCA Azerbaijan”ın maliyyə dəstəyi ilə Mərkəz uşaq tərbiyəsi və inkişafı üzrə Ailə Təlim Proqramı, 0-18 yaşınadək uşaq və gənc psixoloji terapiyası, ailə terapiyası, ailələr ilə sosial iş, digər sosial xidmətlərə yönəltmə və himayədar ailələr üçün peşəkar təlimlər kimi xidmətlərini inkişaf etdirəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

“FINCA Azerbaijan” kredit təşkilatının “Azərbaycan Sosial İş” İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində ilkin olaraq 30 nəfər uşaq və 60 ailə psixoloji yardımdan, dövlət uşaq müəssisələrində işləyən mütəxəssislər isə uşaq inkişafı sahəsində təlimdən faydalana biləcəklər.

15 il  Azərbaycanda fəaliyyət göstərən “FINCA Azerbaijan” QBKT yarandığı tarixdən bu günədək müştərilərinə 1 milyard ABŞ dollarına yaxın məbləğidə kreditlər verib. Təşkilat ölkə ərazisində 33 filial və 33 sub-ofisi vasitəsilə 145,000 nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir. “FINCA Azerbaijan”ın ümumi kredit portfeli 190 milyondan artıq ABŞ dolları təşkil edir. Bu göstəricilərə görə “FINCA Azerbaijan” təkcə ən böyük mikro-maliyyə təşkilatı deyil, həmçinin, ölkənin ən böyük bankları arasında yer alır.

Ən sərfəli krediti almaq üçün müraciət et