ExpressPay ödəniş terminallarına AzərEnerji üzrə ödəmələr əlavə olunub | Banco.az

ExpressPay ödəniş terminallarına AzərEnerji üzrə ödəmələr əlavə olunub

Expressbank-ın ödəniş terminalları olan ExpressPay-ə AzərEnerji kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri əlavə olunub. Artıq müştərilər istifadə etdikləri elektrik enerjisinin ödənişlərini terminallar vasitəsilə asanlıqla həyata keçirə bilərlər.

Hazırda ödəniş terminalları vasitəsilə Expressbank-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), Bakcell mobil operatoru, KATV1 və SNTV (Sumqayıt) rəqəmsal yayımlı kabel televiziyası və İnternet provayderi, həmçinin Data plus və Qlobal Networks İnternet provayderləri üzrə ödənişləri də etmək mümkündür.

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, İnternet provayderlər, onlayn oyunlar və s. nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et