ExpressPay ödəniş terminalları – rahat və sürətli ödənişlərinizin zəmanətidir | Banco.az

ExpressPay ödəniş terminalları – rahat və sürətli ödənişlərinizin zəmanətidir

Bakı şəhərində iri ticarət/əyləncə müəssisələri, marketlər, biznes mərkəzlərindən  tutmuş ölkəmizin ən ucqar regionlarınadək 500-dən artıq sayda quraşdırılmış ExpressPay terminalları rahatlığı və sürətli ödənişləri ilə ölkə sakinlərimizin böyük etimadını qazanıb. Cəmi 3 il fəaliyyət göstərməsinə baxmayaraq ExpressPay terminalları ilə artıq 10.000.000-dək ödəniş həyata keçirilib ki, bu əməliyyatların hər biri – bir müştəri etimadının əksidir.

Expresspay ödəniş terminalları ilə ən müxtəlif ödənişlər - mobil telefon, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, onlayn oyunlar, sosial şəbəkələr, həmçinin Expressbank-a aid ödənişlər (kredit ödənişi, əmanət və cari hesabın artımı, bank kartlarına onlayn rejimdə mədaxil), digər bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri üzrə ödənişlər etmək mümkündür. Bu terminallar vasitəsilə edilən ödənişlər və hesaba mədaxillər dərhal həyata keçir və ödəniş əsasında qəbz təqdim olunur. Məhz bu geniş xidmətlər çeşidi bu gün ExpressPay-i seçilib sevilən ödəmə vasitəsi edir.

ExpressPay terminallarının digər böyük üstünlüyü - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılan Hökümət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə həm də dövlət ödənişlərini ödəməyə imkan verməsidir. Belə ki, müştərilər Azərbaycan İpoteka Fondu, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, ARDNŞ-inAzəriqaz İB, Azərİstilik ASC, Stasionar Telefon Xidmətləri üzrə 110-dan artıq xidmət üçün inzibati cərimə, rüsum və başqa büdcə ödənişlərini ExpressPay terminalları vasitəsilə həyata keçirə bilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilərlə şəffaf və operativ münasibətlər üçün ExpressPay ödəniş terminalları üzrə “Qaynar xətt” xidməti fəaliyyət göstərir. Müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə mesaj yaza bilərlər.

Expressbank-ın digər xidmətləri və ExpressPay barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et