Expressbank yüksək nəticələri ilə fərqlənən əməkdaşlarını mükafatlandırdı | Banco.az

Expressbank yüksək nəticələri ilə fərqlənən əməkdaşlarını mükafatlandırdı

Peşəkar xidmət və yüksək müştəri məmnuniyyətini daim diqqət mərkəzində saxlayan Expressbank ötən ilin  nəticələrinə görə bu sahədə seçilən əməkdaşlarını təltif edib.

Belə ki, “2016-cı ilin müştərilərə xidmət üzrə ən yaxşı mütəxəssisi” nominasiyasında Yasamal filialının Əməliyyat şöbəsinin aparıcı mütəxəssisi Əliyeva Alvina Tahir qızı və Mərkəz filialının Müştərilərlə iş üzrə mütəxəssisi Pirverdiyeva Tamilla Elçin qızı, “2016-cı ilin çarpaz satış üzrə ən yaxşı mütəxəssisi” nominasiyasında Gəncə filialının Əməliyyat şöbəsinin aparıcı mütəxəssisi Bayramova Pərvanə Mayıl qızı təltif olunublar. Əməkdaşlara sertifikat və hədiyyələr təqdim olunub və gələcək karyeralarında daha böyük müvəffəqiyyətlər arzu edilib.

İstənilən şirkətin uğurlu gələcəyinin təməlini - peşəkar, savadlı kadrların mövcudluğu, əməkdaşlarının işə məsuliyyətli yanaşması təşkil edir. Bunu nəzərə alan Expressbank hər zaman işçi heyəti üçün təlim və treyninqlər, kvalifikasiyanın artırılması üzrə müxtəlif proqramlar təşkil edir.  Siz də bu xidmət keyfiyyətini özünüz sınaqdan keçirmək istəyirsinizsə, Expressbank-ın istənilən filialına yaxınlaşa bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmətşəbəkəsi 16 filialdanibarətdir. Onlardan 10-u BakıvəSumqayıtşəhərlərində, 6-sı isəölkəninGəncə, Mingəçevir, Bərdə, Qusar, XaçmazvəŞirvanşəhərlərindəyerləşir. Bankınölkəüzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıqExpressPayödənişterminalıvardır.

Bank xidmətləribarədəətraflıməlumatüçün 132 MəlumatMərkəzinəzəngedə, www.expressbank.azsaytınavəyaBankınrəsmifacebooksəhifəsinəwww.facebook.com/Expressbankdaxilolabilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç