Expressbank yeni ExpressCard məhsulunu təqdim edir | Banco.az

Expressbank yeni ExpressCard məhsulunu təqdim edir

Expressbank müştərilərə pul krediti və kredit xətti xüsusiyyətlərini cəmləşdirən ExpressCard kredit məhsulunu təqdim edir. Pulsuz verilən kart 3 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği 5000 AZN təşkil edir.

Məhsulun şərtlərinə görə müştəri kartdan istifadə etdiyi zaman, ilk 12 ayın sonunda kredit qalığı olmazsa, növbəti 12 ay üçün kredit xətti avtomatik olaraq bərpa olunur. İlk 12 aydan sonra kredit qalığı olarsa, həmin məbləğ 500 AZN-dən az olduqda 6 aya, 500 AZN-dən çox olduqda isə 12 aya bölməklə, bərabər hissələrlə Banka qaytarılır.

Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et