Expressbank uşaqları bayram münasibəti ilə təbrik etdi! | Banco.az

Expressbank uşaqları bayram münasibəti ilə təbrik etdi!

Hər bir müştəriyə xüsusi yanaşmanı özünə meyar edən və insanlar qarşısında daşıdığı sosial məsuliyyəti öz biznes prinsiplərinin vacib bir hissəsi kimi qəbul edən Expressbank 1 İyun tarixində müştərilərinin övladlarını sevindirdi. Belə ki, həmin gün Expressbank-ın filiallarına gələn bütün azyaşlı qonaqlarbankın kollektivi adından Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edildi və onlara şarlar paylanıldı.

Hər zaman öz müştərilərinin istəklərinə həssas yanaşan Expressbank, bank xidmətləri və məhsulları üzrə geniş seçim imkanları təqdim edir. Burada sərfəli şərtlər əsasında milli valyutada istehlak kreditləri, stabil və etibarlı gəlir mənbəyi olan müxtəlif növ əmanətlər, rahat və sürətli təcili pul köçürmələri, ödənişli və ödənişsiz əsasda bank kartları, münasib tariflər ilə hesablaşma - kassa əməliyyatları təklif olunur.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et