Expressbank müştərilərin işini asanlaşdırıb | Banco.az

Expressbank müştərilərin işini asanlaşdırıb

Expressbank müştərilərin rahatlığını təmin edir.

Expressbank müştərilərin rahatlığıni artırmaq məqsədilə bir sıra xidmətlər təqdim edir. Bankın mövcud müştəriləri öz ID şifrələrini (Müştəri kodu) öyrənmək üçün Banka bildirdiyi mobil nömrədən“ID” yazıb 8132qısa nömrəsinə SMS göndərə bilərlər. İndiyədək bu şifrəni filialdan və ya 132 nömrəsinə zəng vurmaqla əldə etmək mümkün idi.

Müştəri şifrəsi vasitəsilə Expressbank-ın korporativ saytında olan “Şəxsi kabinet” bölməsinə daxil olmaq mümkündür. Daha sonra, çox asan bir prosedur təşkil edən qeydiyyatdan keçərək, müştəri kredit ödənişi, cari hesaba mədaxil, depozit hesabının artırılması, bank kartı hesabına vəsaitin yerləşdirilməsi kimi əməliyyatlar həyata keçirə bilər. Qeyd edək ki, əməliyyatlar dərhal həyata keçir.

Bundan başqa müştərilər öz ID-ləri vasitəsilə ExpressPay ödəniş terminallarında Expressbank-a aid ödənişlərini də (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil) edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Müştəri xidməti keyfiyyətinə böyük önəm verən Expressbank, digər rahat xidmət növləri də təqdim edəcək. Hazırda Bankın rəsmi İnternet saytı hazırlanır və yaxın gələcəkdə müştərilərin ixtiyarına veriləcək. Saytda bir sıra yeni onlayn xidmət növləri olacaq.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç