Expressbank komissiyanı ləğv etdi | Banco.az

Expressbank komissiyanı ləğv etdi

Expressbank pul köçürməsi edən müştəriləri sevindirməkdə davam edir. Filiallarda pul köçürməsi edən müştərilər Zolotaya Korona sisteminin “Tarif 0%“ aksiyasına qoşula bilərlər. Aksiyanın şərtlərinə görə, Expressbank filiallarından bu sistem vasitəsilə MDB ölkələrinə pul göndərən şəxslərdən komissiya tutulmur. Müştərilər kassada pulu manatla ödəyə bilərlər, xaricdə pulu alan isə ABŞ dolları və ya rubl ilə ala bilər.

Qeyd edək ki, Expressbank mütəmadi olaraq Zolotaya Korona təcili pul köçürmə sistemi ilə müxtəlif aksiyalar təşkil edir. Pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunur. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et