Expressbank-ın əməkdaşı ermənini nokauta saldı | Banco.az

Expressbank-ın əməkdaşı ermənini nokauta saldı

Expressbank-ın inkassasiya şöbəsinin əməkdaşı Rahib Əhmədov Rusiyanın Anapa şəhərində keçirilən MMA versiyası ilə qaydasız döyüş üzrə dünya kubokunda iştirak etmiş və 75 kg çəki kateqoriyasında birincilik qazanmışdır.

Finalda Expressbank əməkdaşının erməni idmançısını texniki nokaut ilə məğlub etməsi bizlərə xüsusi qürur hissi yaşadır.

Qalibimiz sentyabr ayında İtaliyada keçiriləcək dünya çempionatında iştiraka vəsiqə qazanmışdır.

Bu münasibətlə Rahib Əhmədovu təbrik edirik və gələcək turnirlərdə uğurlar arzulayırıq. Ümidvariq ki, İtaliyada Azərbaycanın bayrağı dalğalanacaq və himni səslənəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Expressbank korporativ ruhun güclənməsinə böyük diqqət ayırır. Əməkdaşların müxtəlif müsabiqələrdə, yarışlarda iştirakını dəstəkləyən Expressbank, gələcəkdə də bu kimi layihələrdə təmsil olunacaq. 

Ən sərfəli krediti almaq üçün müraciət et