Expressbank-ın əməkdaşı dünya çempionu olub | Banco.az

Expressbank-ın əməkdaşı dünya çempionu olub

Expressbank-ın əməkdaşları mütəmadi olaraq müxtəlif idman yarışlarında iştirak edib, yüksək nəticələr əldə edirlər. Bu dəfə bankın əməkdaşı Səxavət Əliyev oktyabr ayında İstanbulda keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Səxavət Əliyev K-1 Free Contact üzrə dünya çempionatında 90 kq+ çəki dərəcəsində qalib gələrək, çempion adını qazanıb.

Həmin turnirdə Azərbaycandan 30 idmançı yollanıb. Bu yarışlarda 15 döyüş növü üzrə turnirlər keçirilib. Azərbaycanın 3 idmançısı birincilik, 2 idmançısı gümüş medal, 3 idmançısı isə kəmərə sahib olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, avqust ayında Expressbank-ın digər əməkdaşı Anapa şəhərində keçirilən qaydasız döyüş üzrə dünya kubokunda iştirak edib və Ermənistandan olan idmançını texniki nokaut ilə məğlub edərək, 75 kg çəki kateqoriyasında birincilik qazanıb.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et