Expressbank-ın daha 2 müştərisi hədiyyə qazandı | Banco.az

Expressbank-ın daha 2 müştərisi hədiyyə qazandı

Xəbər verdiyimiz kimi Expressbank ZolotayaKorona təcili pul köçürmə sistemi ilə birgə “Hədiyyəli pul köçürmələri“ adlı aksiya keçirir. Aksiyanın növbəti qalibləri müəyyən olunub. Expressbank-ın müştəriləri planşet və smartfon qazanıblar.

Aksiyanın şərtlərinə görə Expressbank filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 AZN olmaqla ən çox köçürmə edənlər isə smartfon qazanıblar. Pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunub. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, pul köçürmə xidmətlərini Expressbank-ın filiallarında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Lider, Caspian Money Transfer və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

Ən sərfəli krediti almaq üçün müraciət et