Expressbank-dan fasiləsiz 24/7 xidməti | Banco.az

Expressbank-dan fasiləsiz 24/7 xidməti

Operativlik, peşəkarlıq və müştəri məmnuniyyətinin daim yüksək səviyyədə saxlanılmasınıtəmin edən Expressbank artıq bank xidmətlərini 24 saat təqdim edəcək.

Şəhərimizin mərkəzində - Bülbül prospekti 29 ünvanında yerləşən Expressbank-ın Nəsimi filialı artıq fəaliyyətini həftəni 7 günü 24 saat iş rejimində davam edəcək. Burada Bakı sakinləri və şəhərimizin qonaqları fasiləsiz olaraq sərfəli valyuta mübadiləsi, təcili pul köçürmələri, müxtəlif kassa hesablaşma əməliyyatları üzrə bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.

Həmçinin xatırladaq ki,  Expressbank-ın MXD, Elmlər, Əhmədli, Xətai, Neftçilər və Nəsimi filiallarında mövcud 24/7 zonalarında da müştərilər  ATM və Expresspay ödəniş terminalları vasitəsi ilə istənilən zaman pul nağdlaşdıra, hesablarına mədaxil edə, depozit hesabını artıra, kommunal və digər ödənişlərini rahat və sürətli həyata keçirə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç