Expressbank bankomatlarında China UnionPay kartları keçərli olacaq | Banco.az

Expressbank bankomatlarında China UnionPay kartları keçərli olacaq

Expressbank-ın bankomat və POS terminallarında, gələn həftədən etibarən emissiya etdiyi kartların sayına görə dünya lideri olan China UnionPay kartları ilə əməliyyatlar etmək mümkün olacaq.

Qeyd edək ki, Çinin Milli ödəniş sistemi olan UnionPay 2002-ci ildə Çinin Xalq Bankı və Dövlət Şurasının təşəbbüsü ilə yaradılıb. 2003-cü ildə bütün dünyada keçərli olan və hamı tərəfindən qəbul olunan standartlara malik UnionPay bank kartını təqdim edilib. Hazırda UnionPay dünyanın 140-dək ölkəsində işləyir və ümumilikdə 3,5 milyarda yaxın kart emissiya edilib.

Expressbank geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

Expressbank İnternet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşınısı almaq məqsədilə bank kartı istifadəçilərinə 3D Secure xidmətini təqdim edir. Həmçinin müştərilər “Visa Direct” və “MasterCard MoneySend” xidməti ilə 24 saat ərzində MDB ölkələrinin istənilən bankının kart sahibinə pul göndərə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 100-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et