Expressbank 2016-cı ili mənfəətlə başa vurmuşdur | Banco.az

Expressbank 2016-cı ili mənfəətlə başa vurmuşdur

Expressbank qanunvericiliyinin tələblərinə uyğun olaraq illik audit hesabatı bankın rəsmi səhifəsi www.expressbank.azsaytında dərc etmişdir.

2016-cı ilin yekunlarına görə Expressbank-ın cəmi aktivləri 286 mln AZN, cəmi kapital 142,4 mln AZN təşkil edir. Hesabata əsasən bank 2016-cı ili 477 min AZN mənfəətlə başa vurmuşdur.

Qeyd etmək lazımdır ki, son 2 il ərzində dəyişən iqtisadi vəziyyətə baxmayaraq“FitchRatings” agentliyi tərəfindən “Expressbank” ASC-in reytinqi dəyişilməz olaraq “B” səviyyəli stabil olaraq qalmışdır. Bu bankın maliyyə dayanıqlığını bir daha nümayiş etdirir.   

Expressbank müştərilərinə bank xidmətləri və məhsulları üzrə geniş seçim imkanları təqdim edir. Burada sərfəli şərtlər əsasında milli valyutada istehlak kreditləri, stabil və etibarlı gəlir mənbəyi olan müxtəlif növ əmanətlər, rahat və sürətli təcili pul köçürmələri, ödənişli və ödənişsiz əsasda bank kartları, münasib tariflər ilə hesablaşma - kassa əməliyyatları təklif olunur.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmətşəbəkəsi 16 filialdanibarətdir. Onlardan 10-u BakıvəSumqayıtşəhərlərində, 6-sı isəölkəninGəncə, Mingəçevir, Bərdə, Qusar, XaçmazvəŞirvanşəhərlərindəyerləşir. Bankınölkəüzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıqExpressPayödənişterminalıvardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et