Əmək haqqını AccessBank-dan alanlar qazanacaq! | Banco.az

Əmək haqqını AccessBank-dan alanlar qazanacaq!

AccessBank iş adamlarının nağdsız hesablaşmalarını asanlaşdıran “Biznesə 5D” kampaniyasını davam etdirir. İlin əvvəlindən başlanılan bu kampaniya çərçivəsində müştərilərə cari hesablar, əmək haqqı layihələri, müştərinin VÖEN hesabına bağlı biznes kart, pos-terminal və onlayn-bankinq pulsuz təklif olunur.

Müştərilər tərəfidindən maraqla qarşılanan bu layihə fərdi sahibkarların və hüquqi şəxslərin biznesini əhəmiyyətli dərəcədə asanlaşdırır. Kampaniya zamanı pulsuz təklif olunan əmək haqqı layihələri korporativ müştərilərə bir sıra üstünlüklər qazandırır. Bu üstünlüklərə aiddir:

  • sadə sənədləşdirmə prosesi
  • işçi heyətinin əmək haqqı barəsində məlumatın məxfi saxlanması;
  • maliyyə departamenti işçilərinin və şirkət əməkdaşlarının işvaxtına qənaət;
  • rahatlıqla myAccess onlayn bankinq vasitəsilə maaşların köçürülməsi;

Qeyd edək ki, “Biznesə 5D” layihəsinə qoşulmuş hüquqi şəxs və fərdi sahibkarların əməkdaşlarına da güzəştli xidmətlər təqdim olunur:

Ən sərfəli kredit üçün müraciət et

  • myAccess xidmətinə ödənişsiz qoşulma;
  • “Yığım” əmanətini 30 AZN-dən başlayaraq açmaq imkanı;
  • AZN valyutasında 12-60 ay müddətinə açılan “Yığım” əmanətinin standart illik faiz dərəcəsinə 1%-in əlavə olunması;
  • “Nağd” kredit və kredit kartlarını  standart illik 2% aşağı əldə etmək imkanı.

Kampaniya 30 iyun 2017-ci ilədəkdavamedəcək.  Daha ətraflı məlumatı Bankın rəsmi internet saytından,Facebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.  

Ən sərfəli krediti almaq üçün müraciət et