Əmanət yatırarkən diqqətli olun! | Banco.az

Əmanət yatırarkən diqqətli olun!

İllərdir çalışırıq. Çalışırıq ki, qazanaq. Qazanırıq ki, planlarımızı vaxtı gələndə həyata keçirək. Lakin, gözlənilmədən çıxan xərclər hər ay qazancımızın bir hissənini ayırıb kənara qoymaqda çətinlik yaradır. Öhdəsindən gəlmək, eyni zamanda, min əziyyətlə topladıqlarımızıtamamilə itirməmək, həm də pulumuza daha da çox dəyər qatmaq üçün banka əmanət yatırmaq ən uyğun versiyadır. Banka əmanət yatırarkən də, bir neçə məqama diqqət etmək gərəklidir. Məqamları qeyd etdikdən sonra sizə ən uyğun bankı da təklif edəcəyik.

  • Etibarlı bank seçimi etmək önəmli faktordur. Belə ki, bank seçərkən onun təcrübəsini incələmək lazımdır. Əmanət müqaviləniz bitdikdə pulunuzu əldə edə bilməyinizlə bağlı bankdan mütləq məlumat alın.
  • Planlarınıza uyğun əmanət məhsulu seçin. Fərz edək ki, 8 ay sonra sizin planınız var və 8 ay müddətində əmanət yatırmaq istəyirsiniz. Buna görə də, sizə 8 aylıq əmanət məhsulu gərəklidir. Siz 8 aylıq əmanət müqaviləsi bağladıqdan sonra, müddətin sonunda əsas məbləğinizi və faiz gəlirlərinizi tam almalısınız.

Unutmayın ki, siz planınıza ən uyğun təklifə və yüksək keyfiyyətli xidmətə layiqsiniz.

Çünki siz müştərisiniz.

Məhz sizə təklif edəcəyimiz bank da çeşidli əmanət məhsulları təklif edir. İstəyinizə uyğunu seçə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

  • Nəhayət, əsas məbləğiniz üzərinə gələn faiz dərəcəsi. Yuxarıda qeyd edilənlər üzrə bankınızı seçdinizsə, sizə təklif etdiyi faiz gəlirinə də diqqət edin. Pulun az və ya çox olmasının önəmi yoxdur. Əsas olan odur ki, sizin pulunuz az da olsa, çox da olsa daha çox dəyərlənsin.

SİZƏ UYĞUN BANK

Biz sizə hər üç məqam üzrə Yapı Kredi Bank Azərbaycanı təklif edirik. Belə ki, Yapı Kredi Bank Azərbaycanda manat əmanəti üzrə yatırılan əmanətlərə illik 14%-ə qədər qazanc təklif edilir. Yapı Kredi Bank Azərbaycana həm pulunuzu rahatlıqla etibar edə, həm sizə uyğun təkliflə qarşılaşa, həm də yüksək gəlir əldə edə bilərsiniz. Məhsul haqqında ətraflı məlumatı bankın *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.

Yapı Kredi Bank Azərbaycanda müddətli əmanətlər üzrə faiz dərəcələri

Ən sərfəli krediti almaq üçün müraciət et